30 yaşdan sonra uşaq dünyaya gətirmək təhlükəlidirbackend

30 yaşdan sonra uşaq dünyaya gətirmək təhlükəlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər tədqiqatlar nəticəsində belə bir qənaətə gəliblər ki, qadınların 30 yaşdan sonra uşaq dünyaya gətirmələri ciddi problemlərə səbəb ola bilər.
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşdan sonra uşaq dünyaya gətirmək bir çox qadınlarda süd vəzi xərçənginə səbəb olur. Qeyd olunur ki, 20-30 yaş arasında olan qadınların orqanizmi daha güclü olur və doğuşu asan keçirir. Bununla yanaşı, sözügedən dövrdə orqanizm süd vəzi xərçənginin oyanmasına səbəb olan estrogen hormonu da istehsal edir. Bu hormon kifayət qədər böyük həcmdə istehsal olunsa da, hamiləlik dövründə onun konsentrasiyası əhəmiyyətli dərəcədə azalır və orqanizmə təsir göstərmək qüdrətində olmur.

Hamiləlik dövründə bu hormonların istehsalının aşağı düşməsi qadınları süd vəzi şişlərindən qoruyur. Eyni zamanda, uşaqları ana südü ilə bəsləyən qadınların süd vəzlərində estrogen əhəmiyyətli dərəcədə aşağı düşür və şiş yaranma ehtimalı yox olur. Bununla yanaşı, alimlər əmindirlər ki, süd vəzi xərçənginin yaranması bir sıra digər daxili və xarici faktorlardan da asılıdır.

Bu faktorlar isə əsasən erkən menstruasiya, ana südünün tez kəsilməsi, xarici mühit, klimaksın gecikməsi və sairdir. Məhz bu səbəblərdən də alimlər qadınlara vaxtaşırı mamologiya yoxlamasından keçməyi tövsiyə edirlər. Bu, heç bir qadının sığortalanmadığı süd vəzinin bədxassəli şişləri barədə erkən xəbər tutmağa və onu müalicə etməyə yardım göstərir.

Qeyd edək ki, bir sıra süd vəzi xərçəngləri ilkin dərəcələrdə tamamilə müalicə olunur. Bəzən isə süd vəzisinin bədxassəli şişləri, məhz hamiləliyin köməyi ilə keçib gedir. Ona görə də, süd vəzi xərçənginin ilkin mərhələsində olan qadınlara həkimlər hamilə qalmağı və uşaq dünyaya gətirməyi tövsiyə edirlər.

İnterpress.az