Ət ömrü uzadırbackend

Ət ömrü uzadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Oksford Universitetinin tədqiqatçıları bildiriblər. Onların sözlərinə görə, ət çatışmazlığı insan beyninin fəaliyyətinin pozulmasına gətirib çıxarır.

Alimlər sübut ediblər ki, yalnız bitki mənşəli qidaların istifadəsi beyin çəkisinin azalmasına gətirib çıxara bilər ki, bu da insan üçün təhlükəlidir. Məsələ ondadır ki, bitki mənşəli məhsulların qəbulundan bir müddət sonra orqanizmdə zülal defisiti başlayır. Beləliklə, bədəndə bütün qida balansı pozulur.

Alimlər bildirirlər ki, bədənə mütləq ət, balıq və süd lazımdır. Bu qida məhsullarından imtina insanlarda В12 vitamininin çatışmazlığına səbəb olur.

İnterpress.az