| |||||
52 yaşlı kişiyə 4 bıçaq zərbəsi vuruldu | |||||
Bakıda 52 yaşlı kişiyə tanımadığı şəxs tərəfindən 4 bıçaq zərbəsi vurulub.
|
|||||
|
|||||
![]() Hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib. Belə ki, 1964-cü il təvəllüdlü Məmmədov Hacıbaba Məmməd oğlu işdən evə qayıdan zaman onunla naməlum şəxs "Azərbaycan qadını" küçəsində əlbəyaxa mübahisə edib. Nəticədə H.Məmmədov 4 bıçaq zərbəsi alıb. H.Məmmədov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İnterpress.az |
|||||
|
|||||
|