Tanınmış jurnalistlər internet TV yaratdıbackend

Tanınmış jurnalistlər internet TV yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məşhur telejurnalist Qulu Məhərrəmli məlumat verib. Bildirib ki, Ayna.az saytında yeni Ayna TV yayıma başlayacaq: ”Televiziya hələlik həftədə bir dəfə təxminən 25-30 dəqiqəlik müzakirə proqramı ilə efirə çıxacaq.

Həm saytdakı məqalələr, həm də günün mühüm hadisələri bu müzakirələrin əsas mövzusu olacaq.

Artıq telviziyanın ilk verilişi efirə gedib. Verilişdə \”Ayna\”nın müəllifləri ötən ili səciyyələndirməyə çalışıblar”.

\”Ayna”nın digər müəllifi Elçin Şıxlı isə saytımıza açıqlamasında deyib ki, gələcəkdə televiziyanın imkanlarını genişləndirməyi düşünmür: \”Hələlik bunu etmək üçün imkanlar yoxdur. Yəni bu veriliş söhbət şəklində olacaq. Hələ ki, bizim gücümüz buna çatır”.

Məlumat üçün bildirək ki, \”Ayna”nın müəllifləri Elçin Şıxlı, İbrahim Nəbioğlu, Qulu Məhərrəmli, Rauf Mirqədirov və Arif Əliyevdir.

İnterpress.az