Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Ölkə ərazisində yayılan qripdən 30 min adam ölüb"

“Hər il qripdən orta hesabla 20-30 min arası insan dünyasını dəyişir.”

Dərc edilib 9 yanvar 2017 [12:31]

Bunu AzNews.az-a açıqlamasında professor, tibbi ekspert Aqil Qeybulla deyib. Onun sözlərinə görə, payız başlayanda qeyri-stabil havalarda sezon qripi başlayır və yazın ortalarına qədər davam edir: “Çünki bu vaxtlar insanlar daha çox qapalı yerlərə toplanırlar, bu da xəstəliyin yayılmasında əsas rol oynayan hava-damcı təmaslarını artırır. Qripin pandemiyası əsasən yeni ştamlar peyda olan zaman qeydə alınır. Qrip yuxarı tənəffüs yollarının qripəbənzər əlamətlərlə keçən iltihabi proseslərindən (kəskin respirator infeksiyalar, soyuqdəymə xəstəlikləri) daha təhlükəli hesab edilir.”

Aqil Qeybulla qripin əlamətlərini açıqlayıb: “Hərarətin yüksəlməsi, üşütmə, əzələ-oynaq ağrıları, zökəm, öskürək, boğazda ağrı, angina, yorğunluq, halsızlıq, zəiflik. Virus intoksikasiyası ağırlaşmalar törədə (bakterial pnevmoniya, ağ ciyər ödemi, udlaqarxası abses, qulaq və əngin ciblərinin infeksiyaları, görmənin itməsi, xroniki xəstəliklərin kəskinləşməsi) və ölümə gəritə bilər. Xüsusilə, 65 yaşdan yuxarı insanlar, 2 yaşa qədər olan uşaqlar, xroniki xəstəlikləri (şəkərli diabet, astma, xroniki ürək, ağ ciyər, qara ciyər və böyrək xəstəlikləri) olan insanlar qripə yoluxmağa daha meylli olurlar.”

Ekspert hesab edir ki, qrip virusu ortomyxoviridae ailəsinə daxildir və Influenza A, B, С kimi serotiplərə malikdir: “Virusun bu tiplərdən hər biri virion zülalının antigen xassələri ilə fərqlənir. Virusun sərhində
antigen xassə daşıyan iki növ zülal müəyyən edilir: Hemaqqlütinin (HA) və Neyraminidaza
(NA). Hazırda elmə 16 növ HA və 9 növ NA antigeni məlumdur. A və B virusları virusun əsas struktur komponentləri olan NA və HA zülal-antigenlərinə malikdir. C virusunda neyraminidaza (NA) yoxdur, yalnız hemaqlütinin-esteraza zülalına malikdir. A virusu insan və heyvanlar üçün ağır epidemiyaya meylliliyi və tələfat törətdiyi üçün daha təhlükəli hesab edilir. Quş qripinin H5 və H7 serotipi ölümcül sayılır. A2 virusu yoluxmuş insanlarda yayılır.

§A(H1N1) ştamı – Donuz qripi (1918–1919 –ci illərdə “ispan qripi” adı ilə planetdə 100 milyona yaxın insan həyatına son qoyub).
§ A (H1N2) – Quş qripi
§ A (H5N1) – Quş qripi
§ A (H3N2) – Qonkkonq qripi
§ A (H3N8) – it qripi, yalnız itlərdə rast gəlinir, insanlarda qeyd edilməyib.”

Professor qripə yoluxanlara bunlardan istifadə etməyi məsləhət bilib:
1. Cuna maskalardan istifadə etməli (ictimai nəqliyyatda, işdə, kütləvi toplantı

yerlərində);

2. Şəxsi gigiyena tədbirlərinə riyaət etməli: əlləri tez-tez sabun və isti su ilə yumalı
(xüsusilə yeməkdən öncə);

3. Qapı dəstəyinə, sürahiyə, idarəetmə pultuna və s. əşyalara əl vurduqdan sonra əlləri yumalı.

4. Vitaminoterapiya;

5. Virus əleyhinə vaksinasiya;

Qripə yoluxduqdan sonra nə etməli:

1. Tez yataq rejiminə keçməli;

2. Çoxlu ilıq maye qəbul etmək;

3. Cuna maskalardan istifadə etməli;

4. İstifadə edilən dərmanlar: Antiqrippin, Amantadin, Remantadin, Arbidol, Tamiflu, Relenza, Zanamivir. Bu dərmanlar virusun yayılmasına müqavimət göstərir. Onları qrip əlamətləri başlayandan 48 saat sonra atmalı. Təcrübə göstərir ki, onlar ağırlaşmaları azaldır və xəstəliyin ömrünü qısaldır;

5. Vitaminoterapiya;

6. Həkim təyinatı.

İnterpress.az














Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 445