Gərginliyi aradan götürür – Kinkanbackend

Gərginliyi aradan götürür – Kinkan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kinkan geniş profilaktik və müalicəvi xüsusiyyətlərə malikdir:

– vitamin və minerallarla olduqca zəngindir, soyuq fəsillərdə orqanizmi lazım olan maddələrlə təmin edir

– iltihabları azaldır

– orqanizmə virus və göbələkəleyhinə təsir edir

– immuniteti möhkəmləndirir, orqanizmin viruslara və mikroblara qarşı davamlılığını artırır

– sinir sisteminə müsbət təsir edir – sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, gərginliyi və stresi azaldır

– qanda xolesterinin səviyyəsini aşağı salır, ürəyi və damarları möhkəmləndirir.

Kinkandan çox faydalı dəmləmə hazırlamaq olar. 7 dənə kinkan xırda doğranır, termosda 1/2 l qaynar suda dəmlənir. 2 saatdan sonra dəmləmə süzülür və gün ərzində ilıq halda içilir. Qəbul etdikdən əvvəl 1 fincan dəmləməyə 1 çay qaşığı bal və bıçağın ucunda üyüdülmüş zəncəfil əlavə edilir. Belə dəmləməni hər gün içmək olar.

İnterpress.az