Baş nazir Aİ barəsində danışdıbackend

Baş nazir Aİ barəsində danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Tereza Mey, ölkəsinin Avropa İttifaqı ilə yollarını ayırmaq niyyətində dəyişiklik olmadığını bildirib. Yeni ildəki ilk canlı müsahibəsini \”Sky News\” telekanalına verən Mey, Böyük Britaniyanın Avropadan deyil, Avropa Birliyindən ayrılmaqda olduğunu qeyd edib.
“İttifaqı tərk edirik, onun xaricinə çıxırıq. Artıq onun üzvü olmayacağıq. İndi əsas problem Avropa İttifaqından ayrıldıqdan sonra onlarla hansı formada düzgün əlaqə quracağımızdır. Bir şey dəqiqdir ki, sərhədlərimizə və qanunlarımıza özümüz nəzarət edə biləcəyik” — deyə, Tereza Mey bildirib.

İnterpress.az