“Qarabağ münaqişəsinə belə yanaşmaq Azərbaycanın zərərinə ola bilər”backend

“Qarabağ münaqişəsinə belə yanaşmaq Azərbaycanın zərərinə ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Eldar Namazov bildirib ki, Qarabağ konfliktinin başında tamam başqa amillər dayanır.

“Bu məsələni xristian-müsəlman qarşıdurması kimi qəbul etmək böyük yanlışlıqdır. Azərbaycanda xristianlar, yəhudilər və digər dinlərə mənsub olan insanlar çox rahat yaşayır. Azərbaycan dünyanın ən tolerant ölkələrində biridir. Məsələyə xristian-müsəlman qarşıdurması kimi yanaşmaq Azərbaycanın zərərinə ola bilər ancaq. Digər tərəfdən, Ermənistanın təkcə müsəlman Azərbaycanından deyil, eyni zamanda xristian Gürcüstanından da ərazi iddiaları var. Ermənistan separatçı bir ocaq yaradıb, Gürcüstanın da torpaqlarından qoparmaq istəyir”.

Politoloqun sözlərinə görə, bu münaqişəyə xristian-müsəlman qarşıdurması kimi yanaşmaq fikri erməni şovinistləri tərəfindən ortaya atılıb. Bəzən Azərbaycan tərəfdən də kimlərsə bilərəkdən, ya da bilməyərəkdən bu oyuna qoşulur.

“Onlar xristian Avropasının, xristian Amerikasının, ümumilikdə xristianların dəstəyini almaq üçün bu fikri irəli sürüblər. Bunu daha çox dini qarşıdurma kimi təbliğ etməyə çalışırlar. Ona görə də biz gərək belə təxribatlara uymayaq. Bu problemin kökündə konkret olaraq erməni millətçiliyi, ərazi iddiaları dayanır. Ermənistanın qonşu ölkələrə, o cümlədən Gürcüstana və Azərbaycana ərazi iddialarının olduğunu anlamayan insanlara bunu izah etməliyik”.

İnterpress.az