Oğrular Bakıda hərbi hissəni rabitəsiz qoydularbackend

Oğrular Bakıda hərbi hissəni rabitəsiz qoydular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, informasiyaya əsasən, saat 19:30-da Xaşaxuna yaşayış massivində N saylı hərbi hissənin kommunikasiyasını təmin edən yüz metr uzunluğunda məftil kəsilib.

Görülmüş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları oğurluqla əlaqəsi olan şəxsləri saxlayıblar. Onlar Zirə kənd sakinləri Tacir Məmmədov (2003-cü il təvəllüdlü) və Kənan Şirinovdur (2001-ci il təvəllüdlü).

Məlum olub ki, onlar oğurluqdan sonra kabeli yandırıblar ki, içərisindəki misi çıxarıb əlvan metalın qəbulu məntəqəsinə versinlər.(sputnik)

İnterpress.az