“Azəryol” voleybol klubu iflas təhlükəsi qarşısında…backend

“Azəryol” voleybol klubu iflas təhlükəsi qarşısında…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir ki, \”Azəryolservis\” Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ildə yaratdığı və paytaxt Bakını təmsil edən \”Azəryol\” voleybol klubu bağlanır. Bu haqda saytımıza etibarlı mənbədən məlumat veriblər.

Məlumata görə, klubun bağlanma səbəbi sponsorlarla bağlıdır. Belə ki, sponsorlar yaşanan maddi sıxıntılara görə kluba dəstək olmaqdan vaz keçiblər. Bu da klubun bağlanmağa doğru getməsinə səbəb olub. Hətta klub daxilində maaş probemi olduğu üçün ixtisarların edildiyi də bildirilir.

Sezonun sonuna qədər bir yolla ayaqda qalmağa çalışan klubun mövsümün sonunda rəsmi olaraq qapandığını elan edə biləcəyi vurğulanır.

Qeyd edək ki, \”Azəryol\” voleybol üzrə Azərbaycan Superliqasında ilk dəfə 2011-12 mövsümündə iştirak edib və altıncı yeri tutaraq, Avropa arenasına çıxmaq şansını itirib. 2012-ci ildə \”Bakı\” voleybol klubu ilə birləşərək, \”Azəryol-Bakı\” adını alıb. \”Azərreyl Bakı\” klubu ilə razılaşmaya əsasən bu klubun 2-ci komandası kimi fəaliyyət göstərməyə başlayıb.

2013-14 mövsümündən etibarən isə \”Azəryol\” əsas komanda, \”Azərreyl\” isə əlavə komanda kimi tanınmağa başladı. Çünki \”Azərreyl\”in bütün əsas voleybolçuları \”Azəryol\”a transfer olunub və \”Azərreyl\”in 2012-13 mövsümündə əldə etdiyi Voleybol üzrə Çempionlar Liqasına vəsiqə də \”Azəryol\”a verildi və klub Azərbaycanı Çempionlar Liqasında təmsil edən 4-cü klub kimi tarixə düşüb.

İnterpress.az