Mətbuat Şurası: Hələ həbs olunmayan “reket jurnalistlər” varbackend

Mətbuat Şurası: Hələ həbs olunmayan “reket jurnalistlər” var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın \”Reket jurnalistika\”ya qarşı mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə mövzu ilə bağlı Modern.az saytına danışıb.

Vüqar Rəhimzadə hələ də həbs olunmayan “reket jurnalistlər”in olduğunu bildirib.

“Mətbuat Şurası bu prosesləri müntənzəm şəkildə araşdırır. Ötən həftə Şikayətlər Komissiyasının iclası oldu. Təxminən 10-a yaxın saytla bağlı bizim komissiyanın araşdırması var. Xüsusilə də elektron media orqanlarında insanların şərəf və ləyaqətini alçaldan, şantaj xarakterli, şəxsi məqsədlər daşıyan və peşə davranış qaydalarını pozan hallara daha çox rast gəlinir. Çap media orqanlarında da belə hallar qalır. Növbəti toplantı zamanı bunlar rəsmən təsdiq olunacaq”.

Komissiya sədri bildirib ki, bəzi qəzetlər şantajla məşğul olmaq üçün yaradılıb.

“Araşdırılmalar tam başa çatdıqdan sonra həmin qəzetlər barədə məlumatlar veriləcək. Həmin qəzetlər ictimai fikrə təsiri olmayanlardır. Bu qəzetlərin əksəriyyəti gündəlik nəşr olunmur. Çox az tirajla nəşr olunur. Bunların məqsədi kimlərisə nüfuzdan salmaqdır. Bütün bunlarla bağlı biz müəyyən qərarlar veririk. Həmin media orqanlarının adları “qara siyahı”ya salınıb. Hüquqi müstəvidə də bunlar barədə şikayət edənlər var”.

İnterpress.az