Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Tu-154”-ün qəzaya uğramasına səbəb pilotun səhvi olub

Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri “Tu-154” təyyarəsinin qəza səbəbiylə bağlı yekun qərara gəlib.

Dərc edilib 10 yanvar 2017 [12:56]

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “qara qutu”nun tam oxunmasından sonra təyyarənin ikinci pilotun səhvi ucbatından qəzaya uğradığı məlum olub. Eləcə də, təyyarənin həddindən çox dolması və kifayət qədər yüksəklikdə olmaması qəzanı qaçınılmaz edib.

Mütəxəssislərin fikrincə, təyyarə sonuncu reysə həddindən artıq yüklənmiş vəziyyətdə yola düşüb. 33 yaşlı ikinci pilot, kapitan Aleksandr Rovenski uçuş zamanı idarəetmə rıçaqlarını səhv salıb. O, şassini bağlamaq əvəzinə arxa qanadları bağlayıb. Artıq 3 dəqiqədir ki havada olan təyyarə həmin ana qədər dəniz səviyyəsindən 450 metr yüksəkliyə qalxa bilib. Heyət pilotun səhvini başa düşdükdə isə çox gec olub. Xilasedici manevr etmək üçün ağır “Tu-154”ün sadəcə yüksəkliyi çatmayıb.

Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi ötən il dekabrın 25-də qəzaya uğrayıb. Göyərtəsində 92 nəfər olan təyyarədən heç kəs xilas olmayıb.

İnterpress.az














Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 426