Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


"Tramp məni Bakıda saxlasa, qalacağam"

“Cənab Tramp məni burada saxlasa, mən qalacağam”.

Dərc edilib 10 yanvar 2017 [13:16]

İnterpress.az xəbər verir ki, bunu APA-nın sualını cavablandıran ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

“Mən prezidentin təyinatı ilə bu vəzifədə çalışıram. Biz ilk növbədə ABŞ prezidentinin nümayəndəsiyik. Cənab Tramp məni burada saxlasa, mən qalacağam”, - deyə o vurğulayıb.

Qeyd edək ki, “New-York Times” qəzeti diplomatlara istinadən yazıb ki, Donald Tramp inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət departamentinə bildiriş də göndərilib.

D. Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.

İnterpress.az














Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 409