Rəfsəncani dəfn olundu – VİDEObackend

Rəfsəncani dəfn olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dəfn mərasiminə ölkənin Ali dini lideri Əli Xamenei və Prezident Həsən Ruhani də qatılıb.

Mərasim paytaxt Tehranda keçirilib və yüz minlərlə vətəndaş məşhur siyasətçini son mənzilə yola salıb.

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani yanvarın 8-də 83 yaşında vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Haşimi Rəfsəncani 1980- 1989-cu illərdə parlamentin spikeri, 1989-1997-ci illərdə İran prezidenti olub.

İnterpress.az