Nurayın xalası ilə atası barışdıbackend

Nurayın xalası ilə atası barışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Apa-ya istinadən xəbər verir ki, 10 yaşlı Nurayın xalası Mehriban Eldarovanın sözlərinə görə, bu gün həyat yoldaşı Eldar Nurayın bioloji atası Əvəz Bayramovla görüşmək üçün Bakıya gedib.

Tərəflər arasında Nurayın xalasında qalması şərti ilə barışıq əldə edilib. M.Eldarova atasının da istəyi vaxt uşağını görmək imkanı yaradılacağını bildirib. O, bu barışığın Nurayın gələcəyi üçün düzgün qərar olduğunu deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.

İnterpress.az