Səngəçaldakı partlayışla bağlı SOCAR-dan rəsmi açıqlamabackend

Səngəçaldakı partlayışla bağlı SOCAR-dan rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Socar-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

Yanğının söndürülməsi məqsədi ilə kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilmiş və xətt istismardan təcrid olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur.

Hadisənin səbəbləri araşdırılır.

İnterpress.az