18 yaşlı oğlan qətlə yetirildi – YENİLƏNİBbackend

18 yaşlı oğlan qətlə yetirildi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad şəhər sakini Emin Abdullayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 10-da Cəlilabad şəhərində şəhər sakini Murad Muradov münaqişə zəminində həmyerlisi Emin Abdullayevə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş E.Abdullayev orada ölüb.

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Muradov tutulub.

***

M.Muradovun E.Abdullayevdən siqaret almaq üçün pul istədiyi, rədd cavabı alanda isə onu bıçaqla vurduğu bildirilir.

***

Hadisə dünən axşam saatlarında rayon mərkəzində qeydə alınıb.

Məlumata görə, Cəlilabad şəhər sakini, Azərbaycan prospekti 17 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Emin Elman oğlu Abdullayev ürək nahiyəsindən bıçaq zərbəsi alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

E.Abdullayevin universitet tələbəsi olduğu bildirilir. ( report.az )

İnterpress.az