Jurnalist Kleyr Hollinqvors vəfat edibbackend

Jurnalist Kleyr Hollinqvors vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”BBC\”-yə istinadən xəbər verir ki, xanım jurnalist 106 yaşında dünyasını dəyişib.

K. Hollinqvors 1939-cu ildə Polşadan Almaniyaya səyahət edərkən Almaniya Silahlı Qüvvələrinin iki ölkənin sərhədində toplaşdığı barədə xəbəri yayıb.

Jurnalistika ilə məşğul olmazdan əvvəl o, minlərlə insanın Hitler Almaniyasını tərk etməkdən ötrü Britaniya vizası almasına köməklik edib.

1911-ci ildə doğulan K. Hollinqvors Vyetnam, Əlcəzair, Yaxın Şərq ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olub.

İnterpress.az