Taksilərdə vahid qiymət necə müəyyən ediləcək?backend

Taksilərdə vahid qiymət necə müəyyən ediləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, taksi xidmətində qiymətlər baha olmayacaq “Vahid qiymətin tətbiqi qeyd edildiyi kimi mart ayından başlamayacaq və bu barədə yayılan ilkin məlumatlar dəqiq deyil. İlk növbədə taksi fəaliyyəti ilə məşğul olanların fərqlənmə nişanı almaları təmin edilməlidir. Ondan sonra vahid qiymət məsələsinə baxılacaq. Həmçinin taksilərdə taksometrlər qoyulmalıdır ki, müəyyən edilən tarif gedilən məsafəyə uyğun hesablansın. Hələki bununla bağlı yenilik yoxdur”.

M.Ağayev qeyd edib ki, qiymətlərin necə hesablanacağı və nə qədər olacağı təkliflər hazırlanan vaxt müəyyən ediləcək. “Taksi xidmətlərində vahid qiymətin tətbiqi mütləq olacaq. Bu gün sifarişli taksi xidməti göstərən şirkətlərin rəqabətliliyi sayəsində gediş haqlarında artım yox, əksinə azalma var. Amma qarlı, şaxtalı günlərdə taksilər süni qiymət artımına gedirlər. Bunun qarşısını almaq üçün vahid qiymətin müəyyən edilməsi vacibdir”.

İnterpress.az