Putinin “düşməni” nazir oldubackend

Putinin “düşməni” nazir oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, zamanında Rusiyada yaşayan və iqtisadçı-jurnalist kimi fəaliyyət göstərən C.Freeland əslən Ukraynadandır. Rusiya prezidenti Vladimir Putin-in kəskin tənqidçisi kimi tanınır. 2014-cü ildən Moskva onun Rusiyaya girişinə qadağa qoyub.

Kanadanın baş naziri J.Trudeau jurnalistlərin C.Freeland-in təyinatının ölkə siyasətinə təsiriylə bağlı suallarına cavab verməyib.

C.Freeland isə nazir kimi Rusiyaya səfər etmək imkanının olub-olmayacağı barədə suallara «Bu sual Moskvaya ünvanlanmalıdır» deyə cavab verib. O, hökumətin siyasətiylə razılaşdığını, bütün ölkələrlə, o cümlədən Rusiyayla münasibət yaratmağın tərəfdarı olduğunu söyləyib.

Ukraynanın Krım vilayəti Rusiyaya ilhaq olunandan sonra Kanada bəzi Rusiya rəsmilərini qara siyahıya salmış, buna cavab olaraq Moskva da Kanadaya sanksiyalar qoymuşdu. C.Freeland-ın da adı siyahıda idi və Twitter səhifəsində o, bununla fəxr etdiyini yazmışdı. 2015-ci ildə isə «Quartz» jurnalı C.Freeland-ın «Mənim Ukraynam və Putin-in böyük yalanı» məqaləsini dərc edib.

İnterpress.az