327 nəfərdə kəskin leykoz aşkarlandıbackend

327 nəfərdə kəskin leykoz aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov məlumat verib.
Onun sözlərinə görə, 460 nəfərdən 327-də kəskin leykoz müəyyən edilib: \”Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfuziologiya və Hematologiya İnstitutuna müraciət edən vətəndaşların sayı 12 628 nəfər olub. İlkin müraciətlərin sayı 4 519 nəfər (2015-ci ildə 4 306) təşkil edib. 2016-cı ildə 522 639 laborator müayinə aparılıb ki, bura hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar-genetik müayinələr daxildir”.

Çingiz Əsədəov qeyd edib ki, hazırda müəssisədə 27 523 xəstə (2015-ci ildə 23 962) dispanser qeydiyyatdadır: \”Eyni zamanda ötən il nikahqabağı müayinədən 143 694 nəfər keçib. Onlardan 4649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 42 olub”.

İnterpress.az