EQO- muz ilə baş-başabackend

EQO- muz ilə baş-başa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, əslində, hər bir insan öz eqosu ilə baş-başa qalarkən əsl dəyərini bilir. Çünki, insanı özündən yaxşı tanıyan yoxdur. O, keçmişdə baş verən səhvləri təkrar-təkrar xatırlayaraq nəticə çıxarır. Bizlər özümüzü günahlandırmağı və ya təmizə çıxartmağı çox sevirik. Zamanla özümüzü qınayaraq depressiyaya düşürük. Niyə axı həyatı yaşayaraq, ondan həzz almayaq?

Əslində, hər şey bizim fəaliyyətimizi formalaşdıran inanclarımızla bağlıdır. Hər bir insan doğularkən ağ kağızı xatırladır, ancaq yaşa dolduqca onun taleyi yazılır. Görəsən onu kim yazır ? Əslində siz kimə imkan verirsinizsə, elə həmin insan əlinə qələm götürərək sizin taleyinizi yazmağa başlayır.

Kimdir o? Bəlkə də oxuyarkən etiraz edəcəksiniz ki, mənim taleyim öz əlimdədir.

Bütün qəhrəmanlıq şüarlarınızı unudun. Gəlin bir az düşünək. Hər birimiz müəyyən adət-ənənəsi , düşüncəsi olan ailələrdə tərbiyyə alırıq . Çox təbiidir ki, bizlər öz valideynlərimizin prototipiyik. İnsanlar valideynləri kimi hadisələrə reaksiya verir, danışır və hərəkət edir. Bunu ilk andan qəbul etməmək də olar, amma ürəyinizin dərinliyində şəxsiyyət kimi formalaşmanızda ailənin təsirini dərk etməkdəsiniz.

İnsanlar böyüdükcə özlərinin davranış modelini axtarmağa çalışır. Bununla da insanlar onlara yaraşacaq bir personajı seçərək, ona oxşamağa çalışır. Kimsə bu obrazı kinodan, kimsə kitabdan, kimsə real həyatdan seçir . İnsanlar da var ki, gün ərzində bir neçə dəfə obraz dəyişir, onları cəmiyyətdə mövqeyi olmayan, ikiüzlü insanlar kimi tanıyırsınız.

Hər bir insan özünü sıfırdan formalaşdıra bilər. Tanrı özü insanlara öz həyatlarını idarə etmə bacarığını bəxş edib.

Əgər insanlar özünü formalaşdırmaq istəmirsə, onda bunu digərləri edəcəkdir. Əsas, insanın həyatında dəqiq mövqeyi , özünəməxsus düşüncə tərzi olsun. Həm elmi, həm də dini kitablarda insanın unikallığı və həyatda hərəkətlərinə cavabdeh olması birmənalı olaraq bildirilir. Unutmayın ki, alın yazınızı yazan qələm sizin əlinizdə olmalıdır. Siz ancaq həyatınızda baş verən proseslərə və nəticəyə görə cavab verirsiniz.

İnterpress.az