Azərbaycan klubları bu gün Antalyaya yollanırbackend

Azərbaycan klubları bu gün Antalyaya yollanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterepress.az-ın məlumatına görə, hər üç komanda eyni təyyarə ilə birbaşa paytaxtdan Antalyaya uçacaq.

Təyyarənin Heydər Əliyev adına Beynəlxalq Hava Limanından saat 11:00-da havaya qaxlması planlaşdırılıb.

Hakimlər isə artıq qış hazırlığı üçün qardaş ölkəyə üz tutub. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərlik etdiyi qrup səhər saatlarında Bakıdan İstanbula səfər edib. Hakimlər oradan da Antalyaya yollanacaq.

Qeyd edək ki, İstanbulda əlverişsiz hava şəraitinə görə, komandalar bir neçə gündür Antalyaya yollana bilmir.

İnterepress.az