Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


20 yaşında bilməli olduğumuz 20 məsləhət

Həyatda uğurlu olmaq üçün gənc yaşlarından həyatın bir neçə qanununa riayət etmək lazımdır. Sadəcə olduğundan daha pis və ya yaxşı olacaqsan.

Dərc edilib: 11 yanvar 2017 [16:17]
Baxış sayı: 585

Uğurlu koryera, ailənin özülü gənc yaşlarında qurulur. Həyatın yazılmayan qanunları var ki, 50 yaşına çatmış insanlar bunu artıq çoxdan bilir.
Amerikalı yazar Julen Smit gənclərin həyatını rahatlaşdırmaq üçün təcrübəsindən qaynaqlanaraq, onlara 20 məsləhət verib.

İnterpress.az bu məsləhətləri sizinlə paylaşır:

1. Dünya səni axmaq etməyə çalışır. Bank ödəmələrindən tutmuş, adi dietalara qədər dünyanın aparıcı şirkətləri insanları bir yöndə yönəldərək onların axırıncı qəpiyinədək əlindən almağa çalışır. Axmaq insanı idarə etmək rahatdır. O göstərilənə inanır, deyilənə əməl edir və əlindəki axırıncı qəpiyədək deyilən istiqamətə xərcləyir. Təhsilli, oxumuş olun ki, varlı olasınız və öz xoşbəxtliyiniz heç kimin təsirində qalmasın.

2. Gözü bağlı şəkildə təhsil müəssələrinə inanma. Təhsil müəssisələri qəbul olunmuş konkret plan üzərində işləyir. Humanitar elimdə, deyiləni olduğu kimi qəbul etmə və öz araşdırmanı da apar. Unutma ki, o kitabları yazan sənin kimi insandır.

3. Bacardığın qədər çox oxu. Tez oxuma bacarığına yiyələn. Tez oxumaqla yaddaşını möhkəmlənəcək. Bununla da daha dünyagörüşlü olacaqsan.

4. Çalış ətrafındaki insanlarla münasibət qur. Gözəl danışıq bacarığına yiyələn. İnsanda müsbət tərəflərini tap və daha sonra o cəhətinə görə onunla münasibətini saxla.

5. Utancaqlığa zaman xərcləmə. Utancaqlıq özünə inanmamağın göstəricisidir. İşində və insanlarla münasibətdə özünə güvən. İşinə və insanlara nə qədər inamla yanaşacaqsansa, işin o qədər uğurlu olacaq.

6. İnsanlarla münasibət zamanı səni nəsə utandırırsa, demək həmən münasibət həyatında yenilikdir. Baş vermiş hadisələr sərhədini genişləndirir və olanlar bir daha sənin üçün yenilik olmayacaq.

7. Özündən böyük insanlarla daha çox ünsiyyət qur. Qərar qəbul etmə instikdi yaşıdlarında sənin qədər inkişaf edib. Özündən böyük biri ilə ünsiyyət qurduğun zaman daha çox şey öyrənəcəksən. Onlar hələ sənin gələcəkdə öyrənəcəyin şeyləri çoxdan bilirlər. Onlarla ünasiyyət qurmaqla gələcəkdə buraxa biləcək səhvlərin qarşısını indidən ala bilərsən.

8. Özündən güclü insanlarla dostluq elə. Özündən ağıllı və bacarıqlı insanla dostluq etdiyin zaman ondan daha çox şey öyrənəcəksən. Lazım olduğu an isə o sənə düzgün yolu seçməkdə yardım edəcək. Dostluq etdiyin insanlar içində sıradan biri olmağa çalışma. Onlardan daha yaxşı ol və hər dəfə maraqlı nəsə təklif elə. Dostlar içində katalizator rolunu oyna.

9. Zamanla konservativ olacaqsan. Gəncliyini indi yaşa, sabah saxlama! Əylən, görüş, həyatın hər anının qədrini bil, bir sözlə, ritmini tut. Zamanla səni əhatələyən insanlar yaşlanacaq və münasibətlərdə status-kvonu qoruyacaq. Bu münasibətlər sənə daha açıq olmağa imkan verməyəcək. O zaman isə indi etmək istədiklərini heç cür edə bilməyəcəksən.

10. Bədxərc olma. Bu sənin pullarını daha doğru yönə yönləndirməyə imkan verəcək. Bədxəcliklə pulu lazımsız yerlərə xərcləyəcəksən və ürəyində olan arzuları həyata keçirmək üçün əlində sadəcə vəsait olmayacaq.

11. Əşyalara daha çox dəyər vermə. Bundansa təcrübəni artırmaq barədə düşün. Bir bahalı geyim almaqdansa, hansısa ölkəyə səfər etmək daha yaxşıdır. Bu səni stresdən azad edəcək, daha çox təcrübə qazanacaqsan. Bununla da yaşadığın cəmiyyətdə yeni statusa sahib olacaqsan.

12. Ehtiyaclar içində yaşayırsansa, pul problemini həl elə. İlkin olaraq internetdən istifadə et. İnternet maqazinlərdə əşyalar daha ucuz olur. Maaşdan-maaşa yaşayırsansa, pulunu 4 yerə böl və həftəlik xərcini heç bir halda aşma.

13. Planlaşdırmağı öyrən. Bu səndə yaddaşı və məntiqi inkişaf etdirəcək.

14. Gənclikdə əlavə kilo alma. Gənclik zamanı arıqlamaq çox rahatdı. Bu işdə hormonların yardım edəcək. Normal bədənli insan daha cəlbedici və uğurlu olur.

15. Bişirməyi öyrən. Tək yaşadığın halda bu səni əlavə xərclərdən xilas edəcək və digər tərəfdən dostların və sevdiyin insanla əyləncəli bir məşğuliyyətə çevriləcək.

16. Yuxunu tam al. Yuxusuzluq sənin iş əmsalına mənfi təsir göstərəcək. Hadisələrə daha kreativ yanaşa bilməyəcəksən. Yuxu əsəblərin sakitləşməsinə imkan verəcək ki, bu isə insanlarla münasibət quran zaman lazımsız emosialardan uzaq olmaqla nətilənəcək.

17. Yaddaş kitabçan olsun. Yaddaşına güvənmə, əvvəlcədən edəcəyini planlaşdır və yaz. Bu sənin beynini əlavə yüklənmədən xilas etməklə yanaşı, işlərinə daha məsuliyyətlə yanaşmana yardım edəcək.

18. Qarşına daha iri məqsədlər qoy və hadisələrin gedişinin sənin xeyrinə işləməsinə imkan yarat. Qarşına daha böyük məqsəd qoymaqla daha çox iş görmüş olacaqsan. Həm də iri məsafəni qət eləməklə iri addımları atmaq vərdişinə yiyələnəcəksən.

19. Kiçik sahə seç, amma o sahəni elə bil ki, hamı sənə müraciət etsin. Seçdiyin sahəyə uzağı beş il xərcləyəcəksən. Amma beş ildən sonra peşəkar olacaqsan. Dəqiq sahə seçməməklə zamanını boş yerə xərcləmiş olacaqsan. Seçdiyin sahə ürəyincə deyilsə, digərini seç, amma heç nəyi alayarımçıq eləmə. Bu sənin haqda mənfi rəy formalaşdıracaq və gələcəkdə iş tapmağında sənə çətinlik yaradacaq. Bununla da sən həyatda uğursuz olmağına şərait yaratmış olacaqsan.

20. İnsanları dəyişməyə çalışma. Ondansa sənə uyğun insanları tap. Heç kəs, o cümlədə sən özün dəyişməyəcəksən.

İnterpress.az










Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 458