Ürəyindən bıçaqlanaraq öldürülən tələbənin görüntüləri yayıldı – VİDEObackend

Ürəyindən bıçaqlanaraq öldürülən tələbənin görüntüləri yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Səttərxan saatlarında küçəsində qeydə alınıb.

18 yaşlı Emin Abdullayev ayaqqabısını təmir etdirib evə geri dönürmüş. Bu zaman rayon sakini 16 yaşlı yeniyetmə ona yaxınlaşaraq siqaret istəyib. Emin istifadə etmədiyini bildirdikdə yeniyetmə qəzəblənib. Yaranan mübahisə qanla nəticələnib. Yeniyetmə üstündəki bıçaqla universtet tələbəsi olan Eminin ürək nahiyəsindən bıçaq zərbəsi endirib. Gənc aldığı xəsarətdən elə hadisə yerində dünyasını dəyişib. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçsa da sonradan polisin keçirdiyi əməliyyatla saxlanılıb.

Mərhumun qohumu: \”Siqaret almaq istəyəndə deyib ki, mən siqaret çəkən deyiləm. Deyib onda get mənə siqaret al. Cavab verib ki, mən yolüstündəyəm, Bakıya çıxıram, bir də maqazinə gedib gəlməyim. Deyib ki, evdə dalaşıb çıxmışam əsəbləşmişəm, əgər siqaret almasan səni bıçaqlayacam. Bu da gözləməyib ki, bıçaqlaya\”.

Faktla bağlı araşdırmalar davam etdirilir. ( ARB )

İnterpress.azhttps://youtube.com/watch?v=p8yTuDYzlm8