“Nardaran işi”ndə təqsirləndirilənlərin son sözübackend

“Nardaran işi”ndə təqsirləndirilənlərin son sözü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər.

Aqil İsmayılov günahsız olduğunu deyib. Digər təqsirləndirilən Abbas Hüseynov isə özünə ən ağır cəza verilməsini istəyib.

İbrahim Xudaverdiyev və Cabbar Cabbarov da günahsız olduqlarını, polisə müqavimət göstərmədiklərini deyiblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər.

Proses yanvarın 16-da davam etdiriləcək. ( apa )

İnterpress.az