Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Hadisə  

"Zalda xanım var deyə söyüş söyə bilmirəm, pul alanın..." - Akif Çovdarov

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.

Dərc edilib 11 yanvar 2017 [19:07]

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş İlham Xəlilov prokurorun suallarını cavablandırıb. O,bildirib ki, A. Çovdarov ondan pul alıb.

Daha sonra şahid qismində Adil Yaqubov və A. Çovdarovun sürücüsü olmuş Nurxan Atakişiyev ifadə verib. A. Yaqubov bildirib ki, zərərçəkmiş İlham Xəlilovun dedikləri yalandır və A. Çovdarov İlham Xəlilovdan pul almayıb. N. Atakişiyev də bildirib ki, İ. Xəlilovdan pul almayıb:

"İlham Xəlilov deyir ki, pulu mən alıb Akif Çovdarova vermişəm. Lakin bu yalandır" .

A. Çovdarov isə zərərçəkmiş şəxs İlham Xəlilova deyib ki, yalan danışır:

"Yalan deyənin var-yoxuna söyərdim. Lakin qadınlar var açıq danışa bilmirəm".

Proses yanvarın 16-da davam edəcək. ( apa )

İnterpress.az















Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 386