“Bomj”lar məhkəməyə çıxarıldıbackend

“Bomj”lar məhkəməyə çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 19-na təyin edilib.

Qeyd edək ki, ötən il Nəsimi rayonu, Həzi Aslanov küçəsində 1978-ci il təvəllüdlü Ruslan Çingiz oğlu Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş – Astara rayon sakini A.Mürsəlov və Babək rayon sakini L.Zamanova tutulublar.

Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.

İnterpress.az