Həmməruzəçilərin Bakıya səfəri başlayırbackend

Həmməruzəçilərin Bakıya səfəri başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumat AŞPA-nın rəsmi saytında yerləşdirilib. Məlumata əsasən səfər zamanı həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini qiymətləndirəcək.

Ştefan Şennax və Sezar Florin Predanın Bakıda Azərbaycan Prezidenti, parlamentin sədri, ədliyyə və daxili işlər nazirləri, Ali Məhkəmənin sədri, baş prokuror, vəkillər kollegiyasının sədri, parlament üzvləri, həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşlər keçirəcəyi planlaşdırılır.

Səfərin yanvarın 14-də yekunlaşacağı bildirilir.

İnterpress.az