“Öldürdüyümüz” əfsanəvi varlıqlarbackend

“Öldürdüyümüz” əfsanəvi varlıqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəs bilirsinizmi ki, bizə danışılan nağıllardakı personajların çoxu həyatda olub və heç də uydurma deyil.

Əjdahalar

Həmin döyüş səhnələri nağılların ən sevilən sujetlərindəndir. Bu iri, uçan kərtənkələlər haqqında əfsanələr kiminsə təxəyyülünün məhsulu deyil. Bunu təsdiq edən faktlar da var. Məsələn, Maqellaniya və Komododa yaşayan iri kərtənkələlər yerli aborogenləri hələ də qorxu içində yaşadır. Məsələ ondan ibarətdir ki, həmin kərtənkələlərin uzunluğu 20 metrə çatır və tüpürcükləri zərərli parazitlərlə doludur. Belə zəhərli sürünənlərlə raslaşmaq insan həyatı üçün əsl təhlükədir. Bu sürünənlərin müasir dövrdə belə, böyük olması onu təsdiq edir ki, əcdadları onlardan da iri və daha yırtıcı olub. Bəzi şəkillər var ki, onların üzərində insanlar və dinozavrlar əks olunub. Həmin şəkillərin yaşının nə qədər qədim olması ilə bağlı hələ də müzakirələr davam edir. Sadəcə bir şey məlumdur ki, bu zərərverici sürünənlərin soyqırımında insan əli var.

"Öldürdüyümüz" əfsanəvi varlıqlar

Amozonlar

Dünyanın bir çox əfsanələrində amazonlar haqqında məlumatlar var. Herakl, Nizaminin İsgəndərnaməsində Nüşabə personajı amazonların tarixdə mövcudluğu barədə faktları təsdiqləyir. Tarixən amazonlar Şərqi Avropada daha geniş yayılıblar. Herodot öz tarixi əsərlərində bu döyüşkən xanımlar barəsində geniş məlumat verib. Herodota görə, öz quldarlarına qalib gələn xanımlar onların gəmisi ilə Aralıq dənizi vasitəsilə Şərqi Avropaya gəlib çıxıblar. Skiflər onlarla saziş bağlayıb. Bu ittifaqdan isə daha güclü övladlar dünyaya gəlib. Bir çox skif qəbirstanlığında amazaonlara aid qəbirləri görmək mümkündür. Həmin qəbirstanlıqlarda qadınlar döyüş silahları ilə basdırılıb.

"Öldürdüyümüz" əfsanəvi varlıqlar

Krişnanın şəhəri

Hindistan əfsanəsinə görə, Krişna tanrısı Dvarka şəhərində hökmranlıq edib. Daha sonra həmin şəhər su altında qalıb. Hindistan sahillərinin birində tapılan şəhər krişna dininə inananlar üçün əsl hədiyyə olub. Bir çox hind arxeloqunun fikrincə, sualtı şəhər nə vaxtsa Krişnanın idarə etdiyi Dvarka şəhəridir.

"Öldürdüyümüz" əfsanəvi varlıqlar

Böyük canavarlar

Bir çox qərb Qərb nağıllarında təsvir olunan iri canavarlar doğrudan da yer üzündə yaşayıblar. Onlar ilkin insanlarla birgə buz dövrünün sakinləri olublar. Buz dövrünün bitməsi və qidanın birdən-birə azalması bu heyvanların kütləvi məhvinə səbəb olub. Həmin canavarlar normal canavardan azı iki dəfə böyük və güclü olub.

"Öldürdüyümüz" əfsanəvi varlıqlar

Hobit

“Üzükərin əfəndəsi” kinosunun əsas personajı olan hobitlər nə vaxtsa planetimizin sakinləri olub. Arxeoloqlar hobitlərə məxsus skeletləri tapandan sonra onların 1200 il bundan əvvəl yaşadığını aşkar edib. Bir metr hündürlüyü olan hobitlərin beyni adi insan beynindən üç dəfə kiçik olub. Alimlərin fikincə, bu tapıntı insanların eyni soy-kökdən gəldiyi barədə elmi fərziyyəni şübhə altına alıb. Bəzi alimlər isə İndoneziyanın vulkanik məkanından tapılan bu skeletlərin adi insanlara məxsus olduğunu iddia edir. Lakin ətraf mühitin zəhərli qazları bu insanların genetik kodunu dəyişdirib.

"Öldürdüyümüz" əfsanəvi varlıqlar

Vavilon qalası

Bəlkə də hamı Vavilon qalası haqqında eşidib. Qədim insanlar Tanrıya çatmaq üçün göylərə ucalacaq bir qala tikmək qərarına gəlib. Tanrı isə işə zəhərli dilləri qarışdıraraq insanları bu işdən çəkindirib. Semiramida bağlarında aparılan arxeoloji qazıntılar nəticəsində iri həcmə malik olan qalanın qalıqları tapılıb. Giqant tikili Maraduka tanrısının adına tikilib və İsgəndər tərəfindən yerlə yeksan edilib.

"Öldürdüyümüz" əfsanəvi varlıqlar

İnterpress.az