Xərçəngi məhv etmənin yolu tapıldıbackend

Xərçəngi məhv etmənin yolu tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ledi Ru\”ya istinadən xəbər verir ki, böyük miqdarda C vitamini xərçəng hüceyrələrini məhv etmək qabiliyyətinə malikdir. Məlumata görə, Amerikanın Ayova Universitetinin alimləri bu qənaətə gəliblər.

Hazırda bu nəzəriyyə könüllülər üzərində kliniki sınaq mərhələsindədir. Artıq o labarator mühitdə özünü təsdiqləyə bilib.

Ekspertlər müəyyən ediblər ki, sağlam hüceyrələrdə katalaza fermentinin miqdarı çoxdur və bunun üçün də potensial ölümcül hidrogen pereksidi asanlıqla ziyansız su və oksigenə parçalayır. Xəstə adamlarda isə bu ferment az olur. Nəticədə xəstə hüceyrələr sağlamları da məhv edir.

Siçanlar üzərində aparılan araşdırmalar göstərib ki, C vitaminini damardaxili qəbulu effektiv şəkildə xərçəng hüceyrələrini məhv edir. Amma maraqlıdır ki, eyni təsiri həblər göstərə bilmir. Belə ki, həzm traktı zamanı vitamin parçalanır və qanla şişlərə çata bilmir.

C vitamini immun sistemini gücləndirən ən effektiv yollardandır. Bu vitamin infeksiya və bakteriyalardan qoruyur, infarkt riskini azaldır, soyuqdəyməyə qarşı immuniteti gücləndirir, yara və yanıq izlərini tez sağaldır, diş əti qanamalarında faydalıdır, damarları gücləndirir, xolestrolu tənzimləyir.

Hazırda bu vitamini təbii yolla qəbul etmək üçün ən ideal zamandır. Belə ki, vitamin daha çox narıncı meyvələrdə – portağal, naringi, limon, qabaq, qreyfrutda boldur. Kivi, ananas, brokoli kimi məhsullar da C vitamini ilə zəngindir.

İnterpress.az