Bakıda yaşayış evinə silahlı basqınbackend

Bakıda yaşayış evinə silahlı basqın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisində yaşayan Elmir Hümbətzadənin evində bıçaq və silaha bənzər əşya ilə onu hədələyib oradan 450 manat, 2 ədəd mobil telefon və 3 noutbuk aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Nahid Eyvazov və Elman Sadıqov tutulublar.

N.Eyvazovdan hadisəni törədərkən istifadə etdiyi \”Zoraki Mod-914\”markalı pnevmatik tapança, 8 ədəd patron və 1 ədəd bıçaq götürülüb.

İnterpress.az