Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Çovdarovun milyarder ortağı niyə həbs edilmir?

"Trans Broker” MMC-nin sahibi, müəmmalı şəkildə milyarderə çevrilən Əbülfəz Məlikova cinayət işi açıla bilər.

Dərc edilib 12 yanvar 2017 [13:18]

İnterpress.az xəbər verir ki, bu barədə istiqlal.az saytı məlumat yayıb. Sayt bildirir ki, MTN generalı Akif Çovdarovun istintaqı yekunlaşsa da, araşdırmalar bu setin bütün oyunçularını əhatə etməyib. Güman olunur ki, onlara ayrıca cinayət işi açılacaq. Bu oyunçulardan biri isə Ə. Məlikovdur.

Məlumata görə, sahibkarların gömrük sərhədində talan edilməsi Çovdarov-Məlikov sxemi ilə həyata keçirilib: "Məlikovun brokerləri idxalçıların dövriyyəsi, gətirdikləri malların həcmi və qiyməti barədə MTN generalına məlumatlar ötürürmüş. Çovdarov da bu məlumatlar əsasında "qurbanlığını" seçir və gömrükdə "narkotik" əməliyyatları keçirirmiş. Bu əməliyyatlar gömrük rəhbərliyinin maraqlarına zidd olsa da, MTN əməliyyatlarına qarşı müqavimət göstərə bilməyiblər. Söhbət daha çox İrandan mal gətirən idxalçılardan gedir. Bu məsələ hətta diplomatik səviyyələrdə belə müzakirə edilib”.

Mənbə daha sonra əlavə edib: "Bir neçə il öncəWikiLeaks saytının Azərbaycanla bağlı yayımladığı məxfi sənədlərdə ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2006-cı il noyabrın 11-də Vaşinqtona ünvanladığı məxfi teleqramda diplomatın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşü barədə məlumat verilib. Dersinin məxfi teleqramında DGK sədrinin hakimiyyətdaxili çəkişmələrə də toxunduğu yazılıb: "Aydın Əliyev İran ərazisindən Azərbaycana keçirilməsi planlaşdırılan külli miqdarda narkotik maddənin gömrük əməkdaşları tərəfindən aşkarlandığını bildirdi. DGK sədri narkotik maddələrin ölkə ərazisinə keçirilməsinin qarşısının alınmasında rəhbərlik etdiyi qurumun Milli Təhlükəsizlik Nazirliyindən daha effektli çalışdığını deyib"”.

Ə.Məlikovun rəhbərlik etdiyi "Trans Broker” MMC də elə 2006-cı ildə işə başlayıb. "Trans Broker” MMC Gömrük Məcəlləsinin 22 maddəsinə əsaslanaraq yaradılıb. Məcəllədə göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranizitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. Ancaq "Trans Broker” MMC səlahiyyət həddini aşaraq sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60-70%-ni əvvəlcədən onlara verməyə məcbur edirdi.

Az sonra isə "Trans Broker” MMC alternativ gömrük xidmətinə çevrilir. Məsələn, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəsin yük maşınlarını açmaq səlahiyyəti olmayıb. Bu hal 2015-ci ilin sonunacan davam edib. Müqayisə üçün deyək ki, cəmi gömrük sisteminin 2700 nəfər əməkdaşı varsa, "Trans Broker” MMC-nin 5 min işçisi olub. Bununla yanaşı, gömrük rəhbərliyinin təzyiqi ilə 2013-cü ildə Ə.Məlikov MTN-lə əlaqələrini nisbətən məhdudlaşdırıb. Bundan qəzəblənən, Çovdarov 2013-cü ilin sentyabrında MTN-in İstintaq İdarəsinə qaçaqmalçılıq faktına görə cinayət işinin açılmasına göstəriş verib. Ardınca 100-lərlə sahibkar MTN-in İstintaq İdarəsinə çağrılıb və onlardan Ə,Məlikovun əleyhinə ifadələr alınıb. Nəhayət, Ə.Məlikovun özünü də "sağ əli” sayılan qurumun Şamil adlı əməkdaşı ilə birlikdə MTN-ə gətiriblər. O, İstintaq İdarəsində dindrilib. Sonda Ə.Məlikov tam şəkildə sındırılıb və birbaşa Çovdarovun himayəsinə keçib.

Bu əməliyyatdan sonra Çovdarov-Məlikovun sıx əməkdaşlığı 2015-ci ilin okyabrındakı məlum hadisələrə qədər davam edib. Çovdaovun həbsindən sonra Ə.Məlikov dərhal Bakını tərk edərək Moskvaya qaçır. 2015-ci ilin sonunda isə gömrükdə monopoliya sistemi ləğv edilir. Moskvada azərbaycanlı iş adamı, Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu İlham Rəhimovun vasitəsi ilə müəyyən çevrələrə çıxış əldə edir, ardınca da biznesinin böyük hissəsini Moskvaya köçürür. Ara sakitləşən kimi müəmmalı şəkildə Bakıya qayıdır, "Trans Broker” MMC-də işini davam etdirir. Lakin əvvəlki statusda deyil, gömrük qanunverciliyi ilə nəzərdə tutulmuş qaydada. Ancaq yenidən imtiyazlı bizneslə məşğul olmaqda davam edib.

İnterpress.az














Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 427