Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Onun haqqında elə söz deyərəm ki..."

Deputat Fazil Mustafa ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu arasındakı dini mövzuda mübahisə daha da qızışıb.

Dərc edilib 12 yanvar 2017 [13:30]

Fazil Mustafanın sosial şəbəkədə yazdığına görə, Sərdar Cəlaloğlu belə bir açıqlama verib ki, guya Fazil Mustafa deyib ki, bütün şiələr siğədən doğulanlardır.

“Sərdar Cəlaloğlu və onun kimi düşünənlərə üç gün vaxt verirəm. Hansısa kitabımda, məqaləmdə, statusumda belə bir cümləni tapıb bu müddət ərzində ortaya çıxarmasalar, bu sözü birbaşa və yalnız Sərdar Cəlaloğluna aid edəcəyəm. Və hər yerdə Sərdar Cəlaloğlu adı gələndə sadəcə "şərəfsiz bir böhtançı" sözünü işlədəcəyəm”.

İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlama verib.

Sərdar Cəlaloğlu bu ifadələri yalandan demədiyini bildirib.

“Camaat çörəyi burnuna yemir. Guya insanlar bilmir ki, o, bu sözü bir dəfə yox, on dəfə işlədib... O kimdi ki?.. Mən ona deyim ki, hansı müsahibəsində, yazısında bunları deyib. Getsin internetdə baxsın. Mən onun üçün katib-zad deyiləm. Yoxsa hardan bilərəm ki, Fazil Qəzənfəroğlu bu fikirləri deyib. Mətbuatdan oxuduğumu deyirəm. Əgər Fazil Mustafa fikrindən peşman olubsa, desin ki, “mən siğədən əmələ gəlmə fikirlərini səhv ifadə etmişəm”. Ya da desin ki, “jurnalist mənim adımdan yazıb”.
Bunlar faktdır. Dəfələrlə Fazil Mustafa bu sözü işlədib. Bildiyimiz kimi bu yaxınlarda İran prezidenti Həsən Ruhani İrəvana səfər etmişdi və orada erməni prezident Sarkisyanla müəyyən danışıqlar aparmışdı. Bununla bağlı Fazil Mustafa yazmışdı ki, “siz şiələr müsəlman olduğunuzu iddia etməklə, donuz əti yeyə, araq içə bilərsiniz”. Bu birinci dəfə deyil. O, qədər ağzına gələni danışır ki, yəqin yadından çıxıb. Getsin öz müsahibələrinə baxsın. Oradan da “siğədən əmələ gəlmə” sözünü tapacaq. Bunu deyəndə də mətbuatda onun cavabını yaxşı vermişdilər. Fazil Mustafa yaxşı bilir ki, bunu harada və necə deyib. Ona görə də sübuta ehtiyac yoxdur”.

Partiya sədri deyib ki, əgər Fazil Mustafa onun haqqında “şərəfsiz bir böhtançı” sözü işlədərsə, çox ciddi cavab alacaq:

“Özü də bilir ki, mənim qatı və obrazlı fikirlərim var. Onun haqqında elə söz deyə bilərəm ki, yetişmişi qala-qala kalı tökülər. O, Azərbaycanda kimlərə xidmət edir, hansı siyasəti həyata keçirmək istəyir? Mənim onun şəxsiyyəti ilə bağlı heç bir şübhəm yoxdur. Amma onun xidmət etdiyi ideyalar Azərbaycan dövlətinə və xalqına ziddir. Öz xalqını və dövlətini sevən adam Fazil Mustafanın bu mövqeyinə qarşı çıxış etməlidir. Əgər Fazil Mustafa düşünür ki, onun şiəliklə bağlı fikirləri düzdür, onda tamamilə başqa cavab alacaq. Mən dediyim hər bir sözün üstündə dururam.
“Siğədən əmələ gəlmə” sözünü də mətbuatda bilməyən yoxdur. Siz bunu araşdırıb baxa da bilərsiniz. O, bir yox, bir neçə müsahibəsində “siğədən əmələ gəlmə” sözünü işlədib. Həmçinin şiələrin müsəlman olmadığını, Şah İsmayıl Xətainin də şiə olduğuna görə, nə müsəlaman, nə də türk olduğunu öz müsahibələrində deyib. Mən də onun bu müsahibəsinə görə məqalə yazmışam”.

İnterpress.az















Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 319