“Gəlin, görüşək. Peşman olmazsınız”.backend

“Gəlin, görüşək. Peşman olmazsınız”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Modern.az-a Məhəmməd Həsənov məlumat verib.

“Bu haqq-hesabdan sonra Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva mənimlə telefon əlaqəsi yaratdı. Dedi: “Gəlin, görüşək. Peşman olmazsınız”.

Sadəcə, qəlbim sınan yerə ikinci dəfə getmirəm. Mənimlə bu cür rəftar etməməliydilər. Mühafizəçiyə vəsiqəmi göstərib Milli Qəhrəman olduğumu dönə-dönə dedim. Ali təhsilimi də orada almışam. Goranboyda bir rus məktəbi var onun da direktoru mənəm. Əgər məni qəbul etmədilərsə, mənə daha heç nə lazım deyil”.
Məhəmməd Həsənov, bu gün keçirdiyi daha bir görüşdən də söz açıb.
“Bu gün Xarici Dillər Universitetində oldum. Məni çox yüksək səviyyədə qarşıladılar. Universitetin rektor əvəzi Dünyamin Yunusov mənimlə maraqlı görüş keçirdi.

Çox səmimi rəftar etdi. Universitetdən xoş təssüratla ayrıldım. Bir azdan Goranboya yollanacağam. Şagirdlərə qarşılaşdığım xoş mənzərə haqqında danışacağam. Şagirdləri Xarici Dillər Universitetinə yönəldəcəyəm. Halbuki, mən bu cür münasibəti Bakı Slavyan Universitetindən gözləyirdim”.

Qeyd edək ki, Milli Qəhərman Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə rəhbərlik tərəfindən buraxılmaması mətbuatda səs-küyə səbəb olub.

İnterpress.az