Banklarda əmək haqları azaldılır…backend

Banklarda əmək haqları azaldılır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Moderator.az-ı məlumatlı mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, əmək haqlarının azaldılmasına səbəb kimi, bank gəlirlərinin kəskin surətdə azaldılması, problemli kreditlərin çoxalması, məhkəmə çəkişmələrinin artması bildirilib.
Bilgili qaynağın sözlərinə görə, məlum yeniliyin tətbiqi bank əməkdaşları arasında ciddi narazılığa səbəb olub. Bəzi bank işçiləri hesab edir ki, ötən ildən başladılan əmək haqlarının azaldılması siyasətinin bu il də davam etdirilməsi böyük diqqət və məsuliyyət tələb edən bank sektorunda çalışmağa marağı azaldır və peşəkar bank mütəxəssislərinin bu sahədən uzaqlaşmasına səbəb olur.
Bu ilin ilk maaş azaldılmasından sonra bir sıra bank mütəxəssislərinin maddi dezavantaj səbəbi ilə işdən ayrılacağı ehtimal edilir.

İnterpress.az