Türkiyə və Ermənistan arasında divar çəkiləcəkbackend

Türkiyə və Ermənistan arasında divar çəkiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vestnik Kafkaza”-ya istinadən bildirir ki, Türkiyənin Müdafiə və İqtisadiyyyat Naziri Ermənistanla Türkiyə arasında sərhəd boyu divar çəkilməsi barədə müzakirələr aparır. Xəbərdə bildirilir ki, Türkiyə Ermənistanla sərhəd olan Ərdahan, Qars və İğdır əyalətlərində ucaldılacaq 3 metr hündürlüyündə beton divarlar terroristlərin ölkəyə keçməsinin qarşısını alacaq. Digər tərəfdən bu divarlar qeyri-leqal sərhəd pozulmalarının qarşısını alacaq.
Qeyd edək ki, Türkiyə 2017-ci ilin aprel ayında Suriya ilə sərhəd rayonlarında divarının tikintisini sona çatdırmaq üzrədir.

İnterpress.az