Aydın Mirzəzadə Milli Qəhrəmanın müdafiəsinə qalxdıbackend

Aydın Mirzəzadə Milli Qəhrəmanın müdafiəsinə qalxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bunu hakim deputat Aydın Mirəzadə bildirib.

O deyib ki, bugünkü stabil həyatımızın olmasında müharibə veteranlarının rolu böyükdür və hər kəsin bu insanlara qarşı diqqətli olması həddən artıq vacibdir.

“Bu məsələdə Azərbaycan dövləti və cənab prezident İlham Əliyevin münasibətləri hər kəsə yaxşı nümunədir.

Məsələyə universitet rektoru Nurlana xanım Əliyevanın rekasiyası yerində idi və anlaşılmazlığı aradan qaldırılmasına kömək edir.

Bayaq Milli Qəhrəmanımızın mobil telefon nömrəsini taparaq ona zəng etdim. Ona qarşı edilən hərəkətdən hiddətləndiyimi və müharibə veteranlarına diqqətin hər kəs tərəfindən göstərilməsinin vacibliyin dedim.
Onunla fəxr etdiyimizi, onun qəhrəmanlığının artıq tarixə çevrildiyini bildirdim. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində iştiraklarının vacib və arzuolunan olduğunu bildirdim.

Onun universitetə gəlmək məramının çox xoş olduğunu və alqışlandığını qeyd etim. Sonda bildirim ki, bundan sonra onun Bakı Slavyan Universitinin və Azərbaycanın istənilən ali məktəbinin gözlənilən qonağı olacağına inanıram”-deyə A. Mirzəzadə əlavə edib.

Qeyd edək ki, Milli Qəhrəman Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə rəhbərlik tərəfindən buraxılmaması mətbuatda səs-küyə səbəb olub.

İnterpress.az