Xəzərdə gəmi yanır, vertolyotlar qaldırıldı – Yenilənibbackend

Xəzərdə gəmi yanır, vertolyotlar qaldırıldı – Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a \”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi\” QSC-nin mətbuat xidmətindən məlumat verilib: \”Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək\”.

***
16:12

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Akademik Zərifə Əliyeva” adına yük gəmisinin maşın bölməsində yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidməti xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” gəmisi və Aviasiya dəstəsinin 1 helikopteri dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

İnterpress.az xəbər verir ki. yanğının baş verdiyi “Akademik Zərifə Əliyeva” bərə-gəmisi 2008-ci il yanvarın 8-də istifadəyə verilib.

İnterpress.az