Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Futbolçu Faiq Cabbarov dünyasını dəyişdi

Karyerası "Kəpəz"lə bağlı olan, bir zamanlar yığmamızın şərəfini qoruyan Faiq Cabbarov dünyasını dəyişib.

Dərc edilib: 12 yanvar 2017 [16:42]
Baxış sayı: 38939

İnterpress.az xəbər verir ki, 44 yaşlı sabiq futbolçu haqqında yayılan ölüm xəbəri dəqiqləşib. Karyerasına doğma klubu olan "Kəpəz"də başlayan Cabbarov, 2005-ci ildə məhz Gəncə təmsilçisinin heyətində futbolla vidalaşıb.

1993-98-ci illərdə yığmamızın şərəfini qoruyan F.Cabbarov 1997-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. 2000-ci ildə keçirilən sorğuda ölkəmizin ən yaxşı futbolçusu adına layiq görülən müdafiəçi "Neftçi"nində şərəfini qoruyub. Cabbarov ümumilikdə "Kəpəz"in heyətində 195 oyuna 19 qol vurub.
Allah rəhmət eləsin!

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134