“Manatı bu il yola verəcəklər”backend

“Manatı bu il yola verəcəklər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu BakiPost.az-a iqtisadçı ekspert Samir Əliyev deyib. İqtisadçı əlavə edib ki, Mərkəzi Bankın valyuta satışı zaman müəyyənləşdirilmiş 4 faizlik marjanı ləğv etməsinin 2 üstün cəhəti var: \”Azərbaycanda uzun müddət dollar qıtlığı olub. Bu da ona gətirib çıxarıb ki, Mərkəzi Bank rəsmi məzənnəni müəyyən edib və 4 faizlik marjanı tətbiq edib. Yəni banklar rəsmi məzənnədən 4 faiz baha dollar sata bilməz. Banklar daha çox qazanmaq üçün dolları \”qara bazar”a yönəldib. Marjanın ləğvi ilə öncə \”qara bazar” qısa müddətdə aradan qalxacaq. Çünki \”qara bazar”dakı qiymət banklarda olacaq. Ümumiyyətlə isə bu Mərkəzi Bankın 4,2 milyardlıq transferinin xeyridir. Bununla həm \”qara bazar” aradan qalxır, həm də dollar bolluğu yaranır”.

Samir Əliyevin sözlərinə görə, marjanın ləğv edilməsi nəzəri cəhətdən \”tam üzən məzənnə”yə keçid deməkdir: \”Bu isə o deməkdir ki, bazarda qiymətlər tələb və təklif əsasında formalaşır. Yəni bazarda çox oyunçular olur, müxtəlif mənbələrdən dollar gəlir, tələb və təklif əsasında formalaşır. Həmçinin, Mərkəzi Bank və dövlət öz valyuta ehtiyatlarını qoruyur, bazara müdaxilə eləmir. Ehtiyac və ya zərurət olarsa, kiritik hallarda müəyyən qədər intervensiya edir. Necə ki, Türkiyə bir neçə gün öncə 1.5 milyard buraxdı. Bu vaxta qədər Mərkəzi Bank bazarı saxlamaq üçün öz valyuta ehtiyatını yönəldib. 2016-ci ildə təxminən ən azı 1milyard xərcləyib”.

Samir Əliyev bildirib ki, bazar dövlətin pulu ilə tənzimlənəcək: \”Bu situasiyaya isə \”tam üzən məzənnə”yə keçid demək olmaz. Çünki \”tam üzən məzənnə”ni bazar müəyyən edir. Belə çıxır ki, 4,2 milyard dollar manatın bir ildə \”tam üzməsi” üçün alınan xərclərdir. Baş bank pulu yönəldəcək ki, manatın məzənnəsində kəskin dəyişiklik olmasın. Bu gün Mərkəzi Bank 4 faizi götürüb, bazarı dollarla təmin etmək yolu ilə çalışacaq ki, dollar qalxmasın, manat kəskin ucuzlaşmasın. 4, 2 milyard hesabına bir müddət bu proses gedəcək. Əgər fövqəladə hadisə baş verməsə, fors major olmasa, neft 30 dollara düşməsə, maliyyə panikası olmasa, bu il manatı yola verəcəklər. Amma manatın sabitliyi məzənnənin sabit qalması demək deyil. Sabitlik kəskin düşməməkdir. Ola bilsin ki, manatın yavaş-yavaş ucuzlaşması prosesi gedəcək. Amma Mərkəzi Bank istədiyi kimi davam edəcək. Neft Fondu manat üçün hər il transfer edəcək. Bu da uzun müddət davam edə bilməz. Sonda Neft Fondunun ehtiyatlarının qurtarmasına gətirib çıxara bilər”.

İqtisadçı hesab edir ki, hökumətin qarşısında duran vəzifə alternativ mənbələr təmin etməkdir:\”Yəni neftdən kənar ixrac stimullaşsın. Ölkəyə valyuta gəlsin. Bu, qarşıda duran hədəfdir. Bunlar olsa Neft Fondundan müəyyən qədər asılılıq azalar. Əgər buna nail olunmasa Azərbaycan manatı üçün arzu olunmayan bir situasiya yarana bilər”.

İnterpress.az