Borca görə intihar etdibackend

Borca görə intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, virtualaz.org-un məlumatına görə, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 51-də yaşayan Vasif Kərimov sirkə turşusu içərək özünü öldürməyə cəhd edib.

Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan xəstənin vəziyyəti, həkimlərin bildirdiyinə görə, kritik olub. Belə ki, turşu V. Kərimovun daxili orqanlarını parçalayıbmış.

Xəstənin yaxınlarının saytımıza bildirdiyinə görə, hələlik Vasifin nə səbəbdən intihara cəhd etdiyi dəqiq bilinməsə də, o, xəstəxanaya gətirilərkən yolda 500 manat borcu olduğunu deyib. İki azyaşlı uşaq atası olan Vasif Kərimov ailəsini şadlıq evlərində ofisiantlıq edərək dolandırırmış.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

İnterpress.az