Flora Kərimovadan Zaynəb Xanlarovaya ağır ittihambackend

Flora Kərimovadan Zaynəb Xanlarovaya ağır ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sənətkar ona Zeynəb Xanlarova tərəfindən efir qadağası qoyulduğunu bildirib: “Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi. Zeynəb Xanlarova unudur ki, mən onun üçün Nisə Qasımova deyiləm, Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə, torpağa, açıq sözə, fikrimə, qorxmadan hansısa addımı atmağa haqqım var. Bu haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsə əlimdən ala bilməz”.

Flora Kərimova Zeynəb Xanlarovanı qorxaq adlandırıb: “Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətən qorxdu. Bir də hər kəsin bildiyi “Şəki əhvalatı”ını açıqlayacağımdan qorxdu. Nahaq yerə belə etdi, məni cin atına mindirdi. Haralarasa, yuxarılara dırmaşıb. Amma, dəxli yoxdir, məni susdura bilməz. Oturmuşdum bir kənarda, siyasətdən çoxdan gedən bir adamı cin atına mindirməsin”.

Flora Kərimovadan Zaynəb Xanlarovaya ağır ittiham

İnterpress.az