“Naxçıvan sözün yaxşı mənasında  bir qalaya çevrilib”backend

“Naxçıvan sözün yaxşı mənasında bir qalaya çevrilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zahid Oruc Dağlıq Qarabağ erməniləri üçün çox maraqlı təklif irəli sürdü.
\”Son dövr ərzində Naxçıvanda geniş quruculuq və abadlaşma işləri görülüb. Orda gedən mühüm dəyişirilik və inkişaf faktı inkar oluna bilməz. Şübhəsiz ki, Naxçıvan sözün yaxşı mənasında bir qalaya çevrilib. Türkiyə və İranla yüksək iqtisadi münasibətlər qurulub. Bu isə həmin bölgənin dahada möhkəmlənməsinə şərait yaradıb. Büdcə ayırmalarına nəzər salsaq Naxçıvana bir neçə milyon vəsait ayrılır bu isə Naxçıvanın sürətlə inkişaf etməsinə zəmin yaradır. Əslində “Dağlıq Qarabağ” ermənilərinin Azərbaycanın tərkibində yaşayacağı təqdirdə büdcə vəsaitləri ayrılma baxımından ən uğurlu perspektivləridir . Naxçıvanın statusu və onun əldə etdiyi göstəricilər buna çox gözəl nümunədir. Hazırki reallıqda “Dağlıq Qarabağ” erməniləri 170 milyon dollara yaxın büdcəyə sahibdir və bu büdcənin real təmin etmə mənbələrini göstərə bilmirlər. Bu Ermənistan hökümətinin ayırmaları, ya da xarici erməni diasporasının sədəqələri əsasında formalaşan büdcədir. Dağlıq Qarabağda normal sənaye, kənd təsərrüfatı qurula bilməyib. Kəlbəcəri , Ağdamı və digər əraziləri işğal edərək səngərə çevriblər. Oranın münbit torpaqları və həmin regionun potensialı istifadə edilmir. Oralar sadəcə səngər olaraq qorunur. Məlum səbəblərə görə həmin regionda yaşayan rejim qonşu dövlətlərlə əlaqə qurub heç bir iqtisadi inkişafa nail ola bilmirlər. Ona görə də, ermənilər orada normal məskunlaşma siyasətini apara bilmir və həmin torpaqlar onların qəbir yerindən başqa heç nəyə çevrilməyib. Son illər ərzində Naxçıvanın inkişafı Azərbaycan dövlətin imkanlarını açıq aydın ortaya qoyub\”.

Orxan Muxtarlı
İnterpress.az