“Doktor Liza” ilə son görüşbackend

“Doktor Liza” ilə son görüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Rusiyada hər kəsin sevimlisi olan “Ədalətli yardım” (\”Справедливая помощь\” ) fondunun rəhbəri \”Doktor Liza\” kimi tanınan Elizaveta Qlinka 25 dekabrda qəzaya ugrayan Tu-154 təyyarəsində Suriyaya bayram tədbirinə gedənlər arasında idi.
Fondu təsis etdiyi 2007 ci ildən bəri müharibə şəraitində yaşayan və yardıma ehtiyacı olan yüzlərlə insana kömək etmiş Doktor Liza hər kəsin əziz və doğmasına çevrilmişdi.

Doktor Liza Fondun könüllüləri ilə hər həftə Pavelesskiy vağzalında evsiz və imkansızlara yemək, ərzaq yardımları ilə yanaşı dərman və tibbi yardımlar da göstərirdi. Doktor Liza Donbassda yaralanan və evsiz qalan yüzlərlə insanı xilas etmiş, onları sığınacaqda yerləşdirmişdi. Dəfələrlə Suriya və Hələbdə olmuş Doktor Liza yaralılara tibbi və maddi yardımlar etmişdi.

Göstərdiyi yardım və fədakarlığa görə dəfələrlə orden və medallarla təltif olunmuş Doktor Liza ölümündən bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin tərəfindən də mükafatlandırılmışdı. RİA. Novostinin verdiyi xəbərlərə görə 16 yanvarda Novodeviçiye məzarlığında Doktor Lizanin dəfinində onunla son vida mərasimi keçiriləcəkdir.

İnterpress.az