Prezident seçgiləri-Etirazlar səngimirbackend

Prezident seçgiləri-Etirazlar səngimir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Amerikanın 45 ci prezidendi seçilmiş Donald Trampın ətrafında gedən qalmaqallar səngimək bilmir. Trampın inaqurasiya mərasimini ləğv etmək tələbi ilə 20 yanvarda yüz minlərlə insanın Amerikanın mərkəzi şəhərlərində tətil edəcəkləri elan olunub.
Vaşinqtonda mərkəzi yolları və 12 nəzarət məntəqəsini iflic vəziyyətinə salmaqla mərkzdə 4 kilometdən uzun yolu numayişə çıxacaq insan karvanı ilə bağlayacaqları planlaşdırılıb.
Bu yolla nümayişçilər səhər tezdən başlayacağı nümayişlə axşam keçiriləcək mərasimə mane olmağa çalışacaqlar. “20 yanvar – ləğv edək” devizi ilə çalışan 300 könüllü tətilçi ölkənin bütün şəhərlərində etiraz və iğtişaş dalğasını gücləndirməyə çalışırlar.
Onların məqsədi 20 yanvarda keçiriləcək inaqurasiya mərasimini ləğv etməkdir. “ Biz inaqurasiya mərasimini dağıtmağa çalışmaqla bütün Amerikada qaynayan üsyanı görmək istəyirik” deyə aktivistlərdən Devid Terson Tvitterdəki şəxsi səhifəsində yazı paylaşıb.

İnterpress.az