Vidadi Zeynalov deputatların xahişindən danışdı – Rabitə işibackend

Vidadi Zeynalov deputatların xahişindən danışdı – Rabitə işi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi şahidlərin ifadə verməsi ilə davam etdirilib.

Məhkəmədə ilk olaraq şahid qismində Fərzəli Fərzəliyev ifadə verib. O, Sabirabad telekomunikasiya qovşağında şöbə rəisi vəzifəsində çalışdığını deyərək istintaqa ifadəsini təsdiqləyini bildirib.

Şahid məhkəmə də deyib ki, qovşağa lazım olan materialların alınması zamanı sənədlərə qol çəkib, amma onların alınmasında iştirak etməyib.

Sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkilləri Ceyhun Yusifov və Bəylər Məmişov şahidin ifadəsində ziddiyyət olduğunu bildiriblər. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi elan olunub.

Bu zaman şahid özündəngedib. Məhkəmədə qısa fasilə elan edib.

Daha sonra şahid zaldan çıxarılıb. Həbs edilənlərdən Bu \”Aztelekom\” MMC-nin sabiqsədri Məhəmməd Məmmədov deyib ki, şahidin ürəyinin getməsinə sənəb həyəcandır: \”Bu adamlar fəhlədir. Heçvaxt polis prokurorluqgörməyiblər. Sual veririsiz həyacanlanır, özündəngedirlər. İstintaqda da nə deyiblərtəsdiqləyiblər\”.

Daha sonra şahid qismində Şirvan telekomunikasiya qovşağının baş mühasibi Əkbər Əsgərov ifadə verərək deyib ki, \”Aztelekom\”dan ayrılan pulların 90 faizi geri qaytarılıb: \”Pullar gəlirdi, ümümlikdə bizim qovşağa 5 il ərzində 12 milyon 350 min manat pul köçürülüb. Həmin pulun 10 faizi bizə qalırdı. Qalan hissəsini götürüb, qalanları şəxsən Oqtay Rüstəmova gətirib əlbəəl vermişəm\”.

Təqsirləndirilənlərdən \”Aztelekom\”un baş mühasibi olmuş Oqtay Rüstəmov isə şahidibn yalan danışdığını söyləyib.

\”Biz səni səmimi insan kimi tanımışıq. Biraz səmimi ol\”- deyə o, bildirib.

Vidadi Zeynalov şahidin ifadəsinə münasibət bildirib.

O, deyib ki, bu işin onlara adiyyatı yoxdur: \”Amma çox maraqlıdır ki, şahid deyir ki, 90 faiz pullar geri qaytarılıb. Qovşaq bir neçə dəfə təmir edilib. Ora iclaslara gəlmişik. Pullar geri qaytarılıbsa, bina dəfələrlə nə ilə təmir edilib\”.

Həbsdə olan Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədovun vəkili vəsatətləçıxışedib.

Vəkil çıxışında müdafiə etdiyi şəxsin qardaşının vəfat etdiyini və onun dəfn mərasimində iştirak etməsinin təmin edilməsini xahiş edib. Hakim bildirib ki, bunun üçün Ədliyyə Nazirliyinə müraciət edilməlidir.

Şahid qismində Şirvan Telekomunikasıya qovşağında xəzinadarı vəzifəsində işləmiş Əsəd Əsədullayev də ifadəsində pulların 90 faizin \”Aztelekom\”a qaytarıldığını təsdiqləyib.

Digər şahid Yaşar Əliyev isə ifadəsində sahibkar olduğunu, \”Aztelekom\”la iş gördüyündeyib.

\”Razılıqla iş verilirdi. Köçürülən pulun 35 faizini gətirib baş mühasib Oqtay Rüstəmova vermişəm. O bizə faiz təyinedirdi, onunla çalışırdıq\”- deyə şahid əlavəedib.

OqtayRüstəmov isə şahidin dediklərinin yalan olduğunu deyib.

Məhkəmədə \”Aztelekom\” sabiqsədri Məhəmməd Məmmədovun bacısı oğlu Sahib Əliyev də ifadəverib.

O, istintaqa ifadəsini təsdiq etdiyini deyib.

Növbəti şahid isə Yaşar Babayev olub. Sabirabad rayon telekomunikasiya qovşağında baş mühasib vəzifəsindı çalışmış Y.Babayev istintaqa dediklərini təsdiq etdiyini söyləyib.

Məhkəmədəidəbildirib ki, \”Aztelekom\”dan gələn pulların bir hissəsi geri qaytarılıb: \”Pulun niyə qaytarıldığını bilmirəm. Rəis nə deyirdi, onu eləyirdim. Sadəcə biz sənədləşdirirdik\”.

Məhkəmədə aylıq maaşından əlavə rəisinin ona 50-100 manat pul verdiyini deyən şahid istintaqda əlavə olaraq 1000 manat aldığını deyibmiş

O, bunu təkzibedib: \”Hər ay o boyda pul alsaydım, 3 banka borcum qalmazdı. Ola bilər ki, mexanikisəhv ola bilər\”.

\”Aztelekom\”un Maliyyə Şöbəsinin rəisi Fauq Cəfərov da ifadə verərkən dediklərində ziddiyyət olub.

Prokurorun suallını cavablandıran Faiq Cəfərov qeyd edib ki, təqdirləndirilən şəxslərdən Namazalı Məmmədovun gördüyü işlərdə çox zaman problemlər olub: \”Namazalı müəllim Gəncədə çalışan zaman problemlər yarandı. Biz hesabatlar hazırladıq və gördük ki, alınan materiallar bazar qiymətindən baha olub. Bununla bağlı hesabat hazırlandı və rəhbərliyə məruzə edildi. Ümumiyyətlə görülən işlərin qiymətləndirilməsi ilə bağlı sədr Məhəmməd Məmmədova məruzə etmişəm\”.

Onun istintaqa ifadəsi isə belə olub: \”Nöqsanlara görə Namazalı Məmmədovla bağanan müqavilə dayandırılıdı. Yalnız nazirlikdən tapşırılıq verildi. Ona himayadarlıq edilərək müqavilə yenidən imzalandı. Buna görə \”Aztelekom\”a külli miqdarda ziyan dəyib\”.

Şahid məhkəmədə istintaqa ifadəsinin düzgün başa düşülmədiyini söyləyib.

Faiq Cəfərov suallara cavabında bildirib ki, 200 minlik işi 4 yerə bölərək 50 minlik tenderlər həyata keçirilib. O, bunun səbəbini izah edə bilməyib.

Vidadi Zeynalov şahidin bu dediklərinə münasibət bildirib.

Sabiq aparat rəhbəri deyib ki, rayonlarda deputatlarla görüş keçirilir, sakinlər kəndlərinə, qəsəbələrinə telefon xətlərinin çəkilməsini istəyirdilər: \”Millət vəkilləri tərəfindən də bizə müraciət edilirdi. Məhz bizim də rayonlarda sakinlərlə görüşlərimiz zamanı bu tələblər olurdu. Biz də söz verirdik ki, 1 ay ərzində həll edəcəyik. Ayrılan pulun 4 yerə bölməyimiz və ayrı-ayrı tender etməyimiz işin operativliyinə xidmət edirdi\”.

Məhkəmə prosesi yanvarın 18-də davam edəcək.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub. ( musavat.com )

İnterpress.az