Goranboyda qaz partladı – xəsarət alan varbackend

Goranboyda qaz partladı – xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Nəhayət Cabbarova evin hamamında qaz sobasına odun yığaraq üzərinə neft töküb. Qazın gəlişindən xəbərsiz olan qadın kibriti çəkən zaman partlayış baş verib.

Ağır yanıq xəsarətləri alan N. Cabbarova Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona 4-cü dərəcəli yanıq (bədənin 90 faizinin yandığı) diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir. ( apa )

İnterpress.az