“Sədərəy”ə gedən yolda zəncirvari qəza – 6 maşınbackend

“Sədərəy”ə gedən yolda zəncirvari qəza – 6 maşın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Yanar Əliyevin verdiyi məlumata görə, qəza zamanı altı avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər – 50 yaşlı Füzuli Mərdanov, 60 yaşlı Mahir Zeynalov və 43 yaşlı Anar Hüseynov xəsarət alıblar və təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətiriliblər. Hər üç yaralı kəllə-beyin travması alıb, vəziyyətləri orta-ağır hesab olunur.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Hadisə səhər saatlarında baş verdiyindən yolda tıxac yaranıb.Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Yanar Əliyevin verdiyi məlumata görə, qəza zamanı altı avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər – 50 yaşlı Füzuli Mərdanov, 60 yaşlı Mahir Zeynalov və 43 yaşlı Anar Hüseynov xəsarət alıblar və təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətiriliblər. Hər üç yaralı kəllə-beyin travması alıb, vəziyyətləri orta-ağır hesab olunur.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Hadisə səhər saatlarında baş verdiyindən yolda tıxac yaranıb.

İnterpress.az