Bərdədə ağır yol qəzası – 2 ölü, 4 yaralıbackend

Bərdədə ağır yol qəzası – 2 ölü, 4 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, yanvarın 13-də saat 15 radələrində Bərdə rayonunun Kövər kəndində Yevlax rayon sakini Saleh Şamilovun idarə etdiyi \”VAZ-21074\” və Ağdam rayon sakini Emin Əliyevin idarə etdiyi \”Mercedes\” markalı avtomobillər toqquşub.

Nəticədə S.Şamilovun sərnişinlərindən oğlu Elvin hadisə yerində ölüb, özü və 2 sərnişini, habelə E.Əliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən Rahilə Alıyeva orada dünyasını dəyişib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az